Arvid Lindblad: Yanaşmamız özünü doğruldub

Las Veqasda Racing Bulls komandası hər iki maşınla sıralanma turunun final mərhələsinə yüksəlib…

Arvid Lindblad: “Nəticədən çox məmnunam və komandaya minnətdaram. Yanaşmamız işləyib, iki maşınla finala çıxmaq işimizin effektivliyinin ən yaxşı təsdiqidir.

Ümumilikdə, dünən az sayda dövrə vurduğumuz üçün gün asan keçməyib. Şəhər trasında bu, qaçılmaz olaraq işi daha da çətinləşdirib. Bu gün itirdiklərimizi kompensasiya etməli olmuşam – dövrə arxasınca dövrə ritm yığmışam, özüməinam qazanmışam və trasa uyğunlaşmışam.

Trasdakı mövqe də əsas rol oynayıb, nəzərə alsaq ki, burada slipstrim çox effektivdir. Yarışa gəlincə, sürücülər arasında sürət fərqi böyük deyil, təkər aşınması isə minimaldır. İlk dövrəni təmiz keçirmək və geriqayıtmaq üçün yaranacaq hər imkandan maksimum yararlanmaq vacibdir”.

Liam Louson: “Maşın gün ərzində özünü əla aparıb. Bu, yaxşı əlamətdir, çünki biz belə nəticələr gözləmirdik. İki maşınla sıralanma turunun finalına çıxmaq komanda üçün əsl uğurdur.

Bu trasda hər şeyin bir araya gəlməsi vacibdir. Biz döngəlarda çox sürətliyik, amma düzlükdə sürət baxımından geri qalırıq – daha artığına can atmaq üçün bunu araşdırmaq lazımdır. Yarışa yüksək mövqelərdən başlayırıq, bu trasda ötmələr mümkündür – sonda nə alınacağını görəcəyik”.

,