Vəziyyəti bu həftəsonu Sky Sports telekanalının ekspert heyətində çalışan Jak Vilnöv şərh edib.
“Komanda Rassellə kömək etmək üçün heç nə etməyib, – deyə 1997-ci ilin dünya çempionu bildirib. – Mercedes komandasının rəhbəri Toto Volff deyəndə ki, Corc dörd saniyə geridə idi və yaxşı mövqedə idi, bu, məhz Corcun öz xidməti idi. Komanda ona kömək etmirdi.
Kimi Corc önə buraxmaq üçün kənara çəkilib ki, onun qarşısında qalmasın və komanda yoldaşına kömək etməsin – bu, aşkar görünürdü. O öz oyununu aparıb, baxmayaraq ki, sonda pouldan start ala bilməyəcəyini bilirdi.
Bu, ən yaxşı davranış nümunəsi deyildi və Corc həqiqətən məyus olub. Antonelli artıq titulu qazanıb, komanda isə Mühəndislər Kuboku əldə edib, buna görə də indi onun marağı Rassellə kömək etməkdir”.





