J.Vilnöv: “Niko yaxşı bilir ki…”

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Niko Hülkenberqin karyerası artıq bitib.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün sonunda Renault komandasından ayrılacaq. 32 yaşlı pilot gələn il üçün özünə komanda tapa bilməyib və böyük ehtimalla növbəti mövsüm onu peletonda görə bilməyəcəyik. Buna baxmayaraq Hülkenberq bildirib ki, əlinə fürsət düşəcəyi halda yenidən idmana qayıdacaq. Amma Vilnöv bu fikirdə deyil: “Niko uzun illərdir ki, yarışır. Podiuma yüksəlmədən ən çox yarışan sürücü statusu onun əlindədir. Özü də bilir ki, karyerası çox davam elədi. Çox şanslı idi. Çünki bolidinin potensialından asılı olmayaraq maaşlı sürücü idi. Özü də bilir ki, Formula1 karyerası başa çatıb. Qayıda bilməyəcək. Çünki Esteban Okon kimi gənc deyil. Ancaq Nikonuun istedadına hamı bələddir. Kimsə xəstə olsa və ya təcili sürücü lazım olsa, işə yarayar. Əks halda komandalar onun tərəfə baxmayacaqlar. Son şansı Alfa Romeo olsa da, Frederik Vassyör mütləq Ferrari akademiyasından birini seçməli idi. Mən olsam, on ildir heç nə edə bilməyən sürücüdənsə gənc sürücünü seçib risk alaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*