Qərarın noyabrın 10-u ətrafında açıqlanmalı olduğunu yazmışdıq. Həmin vaxt komandalar üç yarışdan sonra bazalarına qayıdacaq və sonrakı qrafiki planlaşdıracaq. Daha bunu uzatmaq olmaz.
Stefano Domenikali: “Formula1-in çətin tapşırıqları həll etmək bacarığını növbəti dəfə nümayiş etdirməyimizlə fəxr edirəm. Biz Bəhreyn Qran Prisi Malayziyada uğurla keçirdik. Mərhələ möhtəşəm keçdi və bu, biznes modelimizin dayanıqlılığından, həmçinin komandalarımızın və tərəfdaşlarımızın yarışların keçirilməsini təmin etmək üçün kreativ həllər tapmaq sahəsində inanılmaz bacarığından xəbər verir.
Demək istəyirəm ki, bu il Yaxın Şərqdə üzləşdiyimiz pozuntular uzunmüddətli regional strategiyamıza və promouterlərlə tərəfdaşlığımıza təsir etməyəcək. Biz hələ də mövsümün qalan bütün yarışlarını keçirmək istəyirik və hazırkı mərhələdə mövsümü Qətər və Əbu Dabidə başa vurmağı planlaşdırırıq”.





