V.Bottasa cəza verilib

Mercedes komandasının sürücüsü Valtteri Bottas rəqibi Roman Qrojanla təmas yaşadığı üçün xəbərdarlıq cəzası alıb.

F-1.az bildirir ki, finlandiyalı sürücü Əbu Dabidəki ikinci sərbəst yürüşlərin sonlarında yarış tempində işləyərkən Qrojana daxili trayektoriyadan aqressiv hücum edib, ancaq iki sürücü bir-birilə təmas yaşayaraq yerlərində fırlanıblar. Tımasdan sonra hər iki sürücü yoluna davam etsə də, stüardlar insidenti araşdırıblar. Bottas bütün məsuliyyəti üzərinə götürüb və uğursuz hücum etdiyini deyib. Buna görə də FİA 30 yaşlı sürücüyə xəbərdarlıq cəzası verib. Bu, Bottasın builki ilk xəbərdarlıq cəzasıdır.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*