V.Bottas: “Yarış tempində güclüyük”

Mercedes komandasının sürücüsü Valtteri Bottas alman komandası ilə çıxdığı ilk sıralanma turunuda 3-cü olduğu üçün məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü poul qazanmış Həmiltondan 0.3 saniyə, ikinci olmuş Fetteldən 0.025 saniyə geridə qalıb.

Valtteri Bottas: “Üçüncü yer ideal deyil, amma ümumi olaraq sevinmirəm. Komandanın etdiyi şeylərə görə fəxr duyuram. Komandanın bolid üzərində gördüyü işlərin bir hissəsini gördüm.

Məncə, bu gün mükəmməl dövrə vura bilmədim. Nəticədən razı deyiləm. Sabah bizim üçün vacib olacaq. Bolidimiz yarış tempində güclü görünür. Ümid edirəm ki, sərbəst yürüşlərdə olduğu kimi sürətli olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*