Red Bull komandasının baş qorunması sistemi rəsmən üzə çıxıb

Red Bull komandası özünün dizayn etdiyi pilotun başının müdafiəsi sistemini təqdim edib...

F-1.az xatırladır ki, Mercedes AMG bundan əvvəl halo sistemini təqdim etmişdi və Ferrari komandası mövsümöncəsi testlərdə bu sistemi ilk dəfə tras üzərində test etmişdi.

Amma Red Bull komandası bildirmişdi ki, onlar da haloya alternativ bir sistem üzərində işləyirlər, amma onların sistemi şüşədən ibarət olacaq. Red Bull komandası öz sistemini Twitter hesabı üzərindən təqdim edib.

Qeyd edək ki, Daniel Rikkardo bu yeni sistemi Red Bull-un zavodunda test edib və yol görünməsindən razı qalıb.

Red Bull komandasının rəhbəri Kristian Horner də öz versiyaları olan sistem barədə fikirlərini bildirib: “Bu daha yaxşıdır və üstü açıqdır. Böyük şüşəni xatırladır.

Daha zərifdir və ümid edirəm ki, görüntüsü yaxşı olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*