Vassyör: Tərəqqini möhkəmləndirmək üçün çox çalışmışıq

Ferrari mövsümün payızdakı ilk üçyarışlıq seriyasını pis keçirməyib və ikincidə daha böyük uğur qazanacağına ümid edir…

Frederik Vassyör: “Asiyada keçən iki uğurlu uik-enddən sonra indi bizi mövsümün Ostindəki trasda start götürən Amerika mərhələsi gözləyir.

Circuit of the Americas ən mürəkkəb traslardan biridir, burada ən müxtəlif növ döngəlar var. Biz çox işləyib və son yarışlarda əldə etdiyimiz irəliləyişi möhkəmləndirmək istəyirik. Bu uik-end üçün məqsədimiz komandanın işinin bütün aspektlərində yenidən sabit yüksək nəticələr göstərməkdir.

Biz amerikalı azarkeşlərin coşqulu dəstəyi qarşısında çıxış etməyi səbirsizliklə gözləyirik və SF-26-nın potensialından maksimum səmərə ilə istifadə etmək istəyirik”.