Ş.Lekler: Dəyişikliklər olacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Frederik Vassyör vəziyyəti təhlil etdikdən sonra komandada lazımi dəyişiklikləri edəcək.

F-1.az xatırladır ki, keçən ilin sonunda Mattia Binotto komanda rəhbəri vəzifəsindən istefa vermiş və onu Frederik Vassyör əvəzləmişdi. Lakin Ferrari-nin vəziyyəti heç də yaxşıya doğru getməyib.

Keçən il komandada önn plana etibarsızlıq, strateji və turbo problemləri ön plana çıxsa da, bu il maşının yarış tempi və asfaltla ilişməsi də çox bərbaddır. Buna görə də əksəriyyət düşünür ki, “qırmızılar”ın heyətində təcili dəyişikliklər olmalıdır.

Şarl Lekler: “Məncə, bu prosesə daha yeni başlayır. İndiyə qədər mümkün olan ən yaxşı dəyişikliklər üçün vəziyyəti lazımi qədər təhlil etməyə çalışırdı. Məncə, işin böyük hissəsi bundan sonra tamamlanmış olacaq. Görək nə olur.

Sözün açığı, Fred ilə çox danışıram və bilirəm ki, komanda üçün orta və uzunmüddətli planları var. Onun arxasındayam və ona inanıram. Bunların doğru seçimlər olacaöından və komandanın doğru yöndə gedəcəyindən əminəm. Buna görə dəyişiklikləri səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Ferrari komandası bu mövsüm keçirilən 5 yarışda sadəcə 1 dəfə podium görüb və hazırda turnir cədvəlində 4-cü yerdədir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*