L.Stroll: “Fettel məni yarışdakı kimi sıxdı”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, Fettel yarışın sonunda onun üzərinə sürüb.

F-1.az xatırladır ki, yarışdan sonra sürücülər şərəf dövrəsi vurarkən, Stroll və Fettel bir-birilə təmas etmiş və nəticədə almaniyalı sürücünün sol arxa təkəri qopmuşdu.

Ləns Stroll: “Nəticədən razıyam. 13-cü başlayıb, 8-ci və 9-cu yerdə bitirmək əla oldu. Sonda pitə qayıdarkən normal trayektoriya ilə sürüb təkər qırıntalırını toplayırdım. Bolidin sazlanmalarını düzəldirdim və bolidi bağlayırdım. Amma birdən Fettel sürətlə üstümə gəldi. Yarışdakı kimi məni sıxmağa başladı”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*