S.Fettel: Kimi fərqli idi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, ən yaxşı və sürətli komanda yoldaşı Kimi Rəykkönen olub.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu karyerası ərzində Mark Vebber, Daniel Rikkardo, Kimi Rəykkönen və Şarl Lekler kimi yarış qələbələri olan sürücülərlə komanda yoldaşı olub.

Sebastyan Fettel: “Saf sürət cəhətdən ən güclüsü Kimi Rəykkönen idi. Hazırkı bolidlərlə güclü idi və istənilən boliddə sürətli ola bilərdi. Burada hər gün maşını dəyişsələr, 10 gün sonra hamını bir dövrə qabaqlayardı. O anadangəlmə istedad idi. Bolidə tez öyrəşirdi.

Ona sükanı verin və o nə edəcəyini bilir. Bəzən bolidə, trasa və şəraitə öyrəşməlisiniz, amma onun sadəcə sükana ehtiyacı var.

Ən yaxşı münasibətim də onunla idi, çünki həmişə sözünü açıq deyirdi. Heç vaxt münasibətimiz pisləşməzdi. Bir-birimizlə təmas yaşayanda belə bu barədə danışıb, həll edərdik. Sonra da deyib-gülərdik. Ancaq bir-birimizin xətrinə dəyməzdik.

Mən Ferrari-yə qatılandan mənə hörmət etdi. Gözlərimin içinə baxırdı. Digərləri mənimlə salamlaşanda belə ağılları baş qa yerdə olurdu. Kimi fərqli adam idi”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*