K.Rəykkönen 2017-ci ildə Ferrari-də!

Kimi Rəykkönenin mövsümün sonunda karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı söz-söhbətlərə nəhayət ki, son qoyulub.

F-1.az xəbər verir ki, gözlənilən xəbər bir qədər əvvəl Silverstounda verilib. Komandanın sonuncu dünya çempionu Kimi Rəykkönen 2017-ci ildə də Sebastyan Fettelin komanda yoldaşı olacaq.

Kiminin Ferrari-yə ilk gəlişi 2007-ci ilə təsadüf edir. Yeni komandası ilə ilk ilindəcə dünya çempionu olan finlandiyalı sürücü 2009-cu ilin sonunda Formula1-dən ayrılmış və sürücülük karyerasını WRC-də davam etdirmişdi. 2012-ci ildə Formula1-ə qayıdan Kimi Lotus komandasının tərkibində 2 il keçirdikdən sonra yenidən Ferrari-yə keçib. Bu günə qədər 99 yarışda Ferrari sükanı arxasına keçən Kimi 9 qələbə, 33 podium, 5 poul qazanıb. Ferrari ilə sonuncu qələbəsi 2009-cu ildə keçirilmiş Belçika Qran Prisinə təsadüf edir. Komandadakı 100-cü yarışı ərəfəsində yeni müqavilənin açıqlanmasını onun üçün yubiley hədiyyəsi kimi qəbul edə bilərik.

Qeyd edək ki, o, 2001-ci ildə başladığı Formula1 karyerası boyunca 240 yarışda start alıb. Bu yarışlarda 20 qələbə, 84 podium, 16 poul alıb və 42 yarışda ən sürətli dövrənin sahibi olub.

Cari mövsümdə 4 dəfə podiuma yüksələn Kiminin 96 xalı var və komanda yoldaşı Fettellə 3-cü yeri bölüşür.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*