S.Fettel: “Mənim günahım idi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel günahını qəbul edir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Maks Ferstappenə əks hücum edərkən rəqibinə arxadan çırpılıb və xalsız qalıb.

Sebastyan Fettel: “Gözəl nəticə ala bilərdik. Tempimiz yaxşı idi və qəzaya qədər əla yarışırdıq. Amma qəzadan sonra hər şey çətin oldu. Mənim səhvim idi. Stowe döngəsində məni keçdi və uzaqlaşdı. Mənə əks hücum etmək üçün fürsət yarandı. Sonra sağa doğru getdiyini gördüm və mən də soldan daxilə girmək istədim. Lakin qapı açılmadı. Çox yaxın idik və ona çırpıldım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*