16 Noyabr 2019, Şənbə - 06:11

M.Ferstappen: “Çempionluq şansımız qalmayıb”

M.Ferstappen: “Çempionluq şansımız qalmayıb”

Müəllif: Rauf Hacıyev, redaktor

06:06 - 14 İyul, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Red Bull komandasının artıq çempionluq şansı qalmayıb və buna görə də əsas məqsədi yaxşı yarışlar keçirməkdir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son 7 yarışın 5-də mübarizəni vaxtından əvvəl dayandırıb.

Maks Ferstappen: “Bu mövsüm çempionluq barədə düşünmək istəmirəm. Məqsədim gözəl yarışlar keçirdərək, gözəl nəticələr almaqdır. Ferrari və Mercedes ilə fərq çoxdur və onlara hələ də yaxınlaşa bilmirik. Buna görə də, çempionluq barədə düşünərək, özümüzü yormamalıyıq. Yavaş-yavaş onlara çatırıq, amma etibarlılıq problemləri də bizə çox mane oldu. İnanıram ki, mövsümün ikinci yarısında rəqabətədavamlı olaram.

Silverstounda gözəl yarış keçirmək istəyirəm. Burada sürməkdən həmişə həzz almışam və əlimdən gələni edərək, yaxşı nəticə göstərməyə çalışacam. Ümid edirəm ki, problem yaşamarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 749
Teqlər , , ,
Paylaş

logo