Britaniya-2016: Pirelli-dən Hard, Medium və Soft

Avstriyada ən yumşaq üçlüyü istifadə edən komandaları cəmi bir neçə gündən sonra Britaniyada ən bərk üçlük gözləyir.

F-1.az xatırladır ki, Pirelli şirkəti Silverstounda komandalara Hard, Medium və Soft tərkiblərini verəcək. Pirelli Motorsport-un başçısı Pol Hembri  hesab edir ki, bu qərar optimaldır, çünki komandalar daha çox strateji seçimi olacaq…

Pol Hembri: “Mövsümün gedişində görürük ki, komandalar əllərində olan ən yumşaq tərkibdən daha çox istifadə edərək maksimum aqressiv strategiya seçirlər – eyni yanaşma Silverstounda çoxlu pit-stoplar tələb edəcək.

Keçən il olduğu kimi hava proqnozu ənənəvi dəyişkən hava vəd edir, ona görə də bizi daha bir gözlənilməz yarış gözləyir”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*