Racing Point komandası məyusdur

Racing Point komandası sürücüsü Serxio Peresə görə məyusdur.

F-1.az xatırladır ki, meksikalı sürücünün verdiyi ilk testin cavabı qeyri-müəyyən çıxmışdı. Buna görə də 30 yaşlı pilot ikinci dəfə test verib və testin cavabı pozitiv çıxıb. Serxio Peres hazırda özünü təcrid edib və müalicənin başlamasını gözləyir.

Bundan başqa Pereslə yaxın təmasda olan hər kəs karantinə alınıb. Beləliklə, meksikalı koronavirusa yoluxan ilk pilot olub və bu həftəsonu Silverstounda yarışmayacaq.

Belə olan halda, Kanada komandası onun yerinə başqa bir sürücü gətirməli olacaq. Bu isə “çəhrayılar”a çətinliklər törədə bilər.

Racing Point komandası bu barədə sosial şəbəkə hesabında məlumat yayıb: “Serxionun bu həftə yarışmayacağını məyusluqla bildiririk. O, qaydalara əsasən, özünü təcrid edəcək. Bütün komanda ona şəfa diləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*