Las Veqasda anşlaq gözlənilir

Las Veqasda anşlaq gözlənilir. Biletlər, demək olar ki, tam satılıb, şəhərdə təhlükəsizliyi 54 dövlət və özəl şirkət təmin edəcək.

Kassalarda bokslar binasının qarşısındakı əsas tribunaya və ümumi giriş zonasına cəmi bir neçə yüz bilet qalıb.

Las Veqas Turizm İdarəsinin direktoru Stiv Hill: “Qarşıdan gələn Qran Pri ən çox tələbat olan tədbirlərdən biridir, 2027-ci il mərhələsi ərəfəsində biletlər əvvəlkindən daha sürətlə satılırdı, otellərdə yerlər daha tez bron olunurdu. Çoxları onları hansı miqyaslı hadisənin gözlədiyini başa düşür və onun bir hissəsi olmaq istəyir. Biletlər indiki qədər fəal yalnız ilk ildə satılırdı, amma premyera həmişə daha populyar olur”.