Las Veqasda bilet qiymətləri 1 milyon dollara çatacaq

Gələn il Las Veqas yarışı təqvimə qayıdacaq - məşhur Las Vegas Strip bulvarı boyunca salınan şəhər trasında yarış noyabrın 18-nə planlaşdırılıb.

F-1.az bildirir ki, Formula1 rəhbərliyi yarış həftəsonunu təkcə idman deyil, həm də sosial cəhətdən mövsümün ən parlaq və yaddaqalan hadisəsinə çevirməyi vəd edir. Las Veqas yarışının qonaqları arasında çoxlu sayda məşhur ulduzların olacağı gözlənilir ki, bu da artıq otellərin qiymətinə və biletlərə olan tələbata təsir edib.

Yarışının üç günlük bileti ən ucuz tribunaya  500 dollardan başlayıb. Trasa girişlə yanaşı, qida və alkoqolsuz içkilər də bu qiymətə daxildir. Xüsusi yerlər üçün bilet qiymətləri 2000-2500 dollar arasında dəyişir. Tələbat o qədər yüksəkdir ki, satışların başlamasından 21 dəqiqə sonra biletlər tükənib.

Ən baha bilet isə Wynn Hotel-dədir və onu əldə etmək üçün 1 milyon dollardan keçmək lazımdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*