Çempionatın ən bahalı komandası ardıcıl dördüncü ildir ki, dəyəri 8.2 milyard dollar qiymətləndirilən Ferrari olaraq qalıb. İkinci yerdə 7.75 milyard dollarla Mercedes qərarlaşıb, ilk üçlüyü isə 6.3 milyard dollarla McLaren tamamlayıb. Ümumilikdə Formula1 komandalarının ümumi dəyəri təxminən 50 milyard dollar təşkil edib.
Bu il debüt edən Cadillac komandasının dəyəri 2.7 milyard dollar qiymətləndirilib. Amerika komandasını nəzərə almasaq, qalanların dəyəri bir il ərzində orta hesabla 39%, 2023-cü illə müqayisədə isə təsirli 197% artıb. Bu artım gəlirlərin, ilk növbədə sponsor müqavilələri hesabına yüksəlməsi, eləcə də xərclərin məhdudlaşdırılması ilə izah olunub.
Sportico-nun hesablamasına görə, 2025-ci il mövsümündə çıxış edən on komanda birlikdə təxminən 5.2 milyard dollar qazanıb. Bununla yanaşı, onların 70%-i ötən ili vergidən əvvəl mənfəətlə başa vurub.
2026-cı ildə Formula1 komandalarının dəyəri
| Komanda | Dəyəri, milyard $ | Bir ildə dəyər dəyişikliyi |
| Ferrari | 8.20 | +28% |
| Mercedes | 7.75 | +32% |
| McLaren | 6.30 | +33% |
| Red Bull | 5.60 | +30% |
| Aston Martin | 4.10 | +38% |
| Alpine | 3.28 | +58% |
| Williams | 3.24 | +51% |
| Racing Bulls | 3.05 | +49% |
| Audi | 3.00 | +60% |
| Haas | 2.80 | +67% |
| Cadillac | 2.70 | – |





