Yeni layihə bütün göstəricilər üzrə “ən-ən” olmaq məqsədilə düşünülüb. Layihəni Hermann Tilkenin memarlıq bürosu, Formula1-in keçmiş sürücüsü Aleks Vürtsün iştirakı ilə hazırlayıb və o, həqiqətən də təsirli görünür.
Avqustda səmaya ucalan ilk döngənin 70 metr hündürlüyə qalxacaq konstruksiyasının tikintisinə başlanıldığını yazmışdıq. Təşkilatçılar əmin ediblər ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, işlər qrafik üzrə gedir və obyekt vaxtında təhvil veriləcək.
Aleks Vürts: “Bəzi avropalı tikinti rəhbərlərinə geri qayıtmaq əmri verilib, amma işlər davam edir. Ehtimal ki, Qiddiya ilk Qran Prini artıq 2028-ci ildə qəbul edə biləcək”.
Bu isə o deməkdir ki, 2027-ci il mərhələsi Formula1 üçün Ciddədə sonuncu ola bilər.




