S.Ərəbistanı Qran Prisi 2024-cü ildə Qiddiyada keçiriləcək

Ölkənin Avtomobil Federasiyasının prezidenti Şahzadə Xalid bin Sultan Əl Faysal yarışın gələcəkdə Qiddiyada yeni qurulmuş idman və əyləncə mərkəzində yerləşən trasda baş tutması planını təsdiqləyib.

F-1.az bildirir ki, bunun 2024-cü ildə reallaşacağı gözlənilir. Səudiyyə Ərəbistanı bu il çempionatda debüt edəcək – Ciddədəki şəhərdaxili trasdakı yarış dekabrın 5-də baş tutmalıdır. Lakin Hermann Tilkenin dizaynı olan bu tras müvəqqətidir və stasionar trasın tikintisi davam edir.

Federasiya baçısı qurumun rəsmi YouTube kanalına verdiyi müsahibəsində bildirib: “Biz avtoidmanın böyük pərəstişkarıyıq, burada Dakar rallisi, Formula1 və Formula E kimi tədbirlərin baş tutması üçün lazım olan hər şeyin mövcudluğna inanırıq. Düşünürəm ki, biz artıq Dakar və Formula E yarışlarını təşkil edərək bunu sübut etmişik. Lakin biz başqa bir şəhər yarışı keçirmək istəmirik, məqsədimiz yeni bir şey yaratmaqdır. Şəhər küçələrindəki yarışların çox da maraqlı olmadığını başa düşürük, çünki ötmələr üçün yer azdır.

Planımız 2024-cü ilin əvvəlinə qədər tamamlanacaq çox böyük yarış şəhəri inşa etməkdir və orada rallidən kartinqə – bütün avtoidman növlərini keçirmək mümkün olacaq. FİA-nın Grade 1 sertifikatını alacaq Formula1 trası bu kompleksin bir parçası olacaq. Hər şeyin hazır olmasına uzun vaxt var, biz Formula1-i daha tez qəbul etmək istədiyim üçün şəhər yarışının müvəqqəti seçim ola biləcəyini düşündük.

Biz ən yaxşı mütəxəssisləri dəvət etmişik. Hermann Tilke və Formula1 ilə Ciddə trasının dünyanın ən sürətli şəhər trası olması üçün çalışırıq. Buna görə də, Səudiyyə Ərəbistanı Qran Prisinin tipik şəhər yarışı olmayacağına söz verə bilərəm. Ümd edirəm ki, 5 dekabr 2021-ci il tarixi hamı üçün maraqlı keçəcək, çünki yüksək sürət və ötmələrə zəmanət veririk”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*