N.de Friz: Ciddə Bakını xatırladır

AlphaTauri komandasının sürücüsü Nik de Friz bildirib ki, Ciddə trası Bakını xatırladır.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu həftəsonu ilk dəfə Ciddədə yarışacaq.

Nik de Friz: “Sözün açığı, son imi mövsümdə ehtiyat sürücü kimi işləyirdim. Yəni trası əvvəldən öyrənmişdim.

Keçən həftə təkər testi üçün Bəhreyndə idik. Sonra simulyatorda işləmək üçün birbaşa İngiltərəyə getdim. Tras sürətli görünür, xüsusən də birinci sektor. Buna görə də trasa çıxmağı səbirsizliklə gözləyirəm.

Xüsusən də 13-cü döngədən sonra vacib dəyişikliklər var. Sərbəst yürüşlərdə o hissəyə xüsusi diqqət ayıracağam. Belə traslarda sürətlənmə nisbəti çoxdur. İlk sərbəst yürüşlər daha isti şəraitdə olur. Daha sonra tras ideal vəziyyətinə düşür.

Bu trası mən Bakı Şəhər Halqasına oxşadıram. Ancaq şəhər tipli traslar həmişə oxşar olurlar. Bakıya sürət cəhətdən oxşayır, amma orada əsas ünsür əylənmədir. Ciddədə sürətli döngələr daha çoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*