Rəsmən: Hülkenberq Ciddədə də Fetteli əvəz edəcək

Koronavirusa yoluxaraq ilk yarışı buraxmalı olan Fettel dünənə qədər mənfi PCR testi cavabı ala bilməmişdi.

F-1.az xatırladır ki, Aston Martin komandası mövsümün ikinci yarışına hansı sürücü ilə çıxacaqlarını bu gün elan edəcəklərini bildirmişdi.

Bir qədər əvvəl komandanın sosial şəbəkələrdi rəsmi hesablarından Niko Hülkenberqin bu yarışda da Sebastyan Fetteli əvəz edəcəyi açıqlaıb: “Niko Hülkenberq Ləns Strolla birlikdə məşqlərə qoşulacaq, sıralanma turu və yarışda iştirak edəcək. AMR22 ilə sürüş təcrübəsinin olmamasına baxmayaraq, Bəhreyndə yaxşı çıxış etmişdi və əminik ki, Ciddədə də eynisini bacaracaq. Biz Fettelin Avstraliya Qran Prisi üçün hazır olacağını gözləyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*