S.Fettel: “Mercedes-ə keçməyəcəm”

Sebastyan Fettel Mercedes-ə keçəcəyi ilə bağlı şayiələrə baxmayaraq, Ferrari-də qalacağını deyib.

F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdığını açıqladıqdan sonra Fettel, Alonso, Ferstappen, Hülkenberq və Bottas kimi sürücülərin adları “gümüş oxlar”la bir hallanırdı.

Amma Fettel Ferrari-nin Daytonadakı tədbirində bildirib ki, Rosberqin qərarına hörmət edir və yerlisinə uğurlar arzulayıb: “Kimi və mənim komanda ilə müqaviləmiz var. Məncə, izaha ehtiyac yoxdur”.

Fettel jurnalistlərin “Rosberqin qərarı Mercedes-in planlarını pozdu?” sualına belə cavab verib: “Planlarının nə olduğunu bilmirəm, amma öz planlarımız üçün səbirsizlənirəm. Çox şey dəyişib və bizim də işlərimiz çoxdur. Gələn ildə uğur qazanacağımıza çox əminik. Komanda güclənir. Bunu son bir neçə ayda trasda və bazada hiss edirəm. Daha güclü bolidlə mövsümə başlamalıyıq”.

Fettel Rosberqin qərarına hörmət edir: “Düşünürəm ki, hamı istədiyini etməkdə sərbəstdir. Buna görə də qərarına hörmət edirəm. Başqa macəradan əvvəl bir az zamana ehtiyacı var. Ona xoş istirahət arzu edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*