K.Çandhok: Fettel 2021-ci ildə Ferrari-də qalacaq

Alman sürücünün Ferrari ilə müqaviləsi mövsümün sonunda başa çatır. Şayiələrə görə, komanda dördqat dünya çempionuna yeni, az maaşlı müqavilə təklif edib və o, qəbul etməyib.

F-1.az xəbər verir ki, keçmiş Formula1 sürücüsü Karun Çandhok Fettelin bu təklifi qəbul edəcəyini və 2021-ci ilin sonuna qədər Scuderia-da qalacağını düşünür.

Karun Çandhok: “Düşünürəm ki, Sebastyan 2021-ci il üçün müqaviləni imzalayacaq. Mövsümün başlaması təxirə salınıb və diqqət mərkəzində olmaması onun üzərindəki təzyiqləri azaldıb. Lakin 2022-ci ildə Ferrari-də qalacağına inamım azdı. Daniel Rikkardo və Karlos Sayns komandanın qapısını döyəcəklər, reqlament dəyişikliklərindən sonra da italyanlar lider komanda olaraq qalacaqlar. Ferrari Leklerin timsalında gələcəyin ulduzunu heyətinə qatıb. Bu halda da, Fettelə indiki qədər yüksək maaş verməyə ehtiyac yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*