S.Fettel: “Altı sürücünün şansı var”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bu il altı sürücünün çempionluq şansı olduğunu düşünür.

F-1.az xatırladır ki, Mercedes mövsümə əla başlayıb və ilk yarışda maksimum – 44 – xal toplayıb.

Amma Fettel ümidini itirimir: “Hazırda üç güclü komanda var və üçü də güclü mövsüm keçirə bilər. Amma biz öz işimizlə məşğuluq və yaxın mübarizə gözləyirik. Avstraliyada Qaslinin bəxti gətirmədi. Yarışı startdan əvvəl itirimişdi. Bütün 6 sürücünün də çempionluq şansları var və ümid edirəm ki, mübarizə sona qədər davam edər. Uzun illərdir ki, buradayam və ilk yarışdan sonra heç nə bilmək olmaz. Buna görə ilk 4 yarışdan sonra bir söz demək olar. Elə illər olub ki, ilk yarışları fərqli sürücülər qazanıb. Büllur kürəm yoxdur və buna görə də proqnoz verə bilmirəm. Amma sona qədər mübarizə aparacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*