M.Şumaxer: Fettel darıxsa, qayıdacaq

Mercedes komandasının ehtiyat sürücüsü Mik Şumaxer düşünür ki, Fettel evdə darıxsa, Formula1-ə geri qayıdacaq.

F-1.az xatırladır ki, Fettel 2022-ci il mövsümünün sonunda Formula1-dən ayrılıb. Onun hələ 35 yaşı var və əksəriyyət düşünür ki, dördqat Dünya Çempionu gələcəkdə idmana qayıdacaq.

Mik Şumaxer: “Hazırda özümü daha yaxşı hiss edirəm, amma tövsiyə almaq üçün həmişə Sebastyana zəng edə bilərəm və bu yaxşı şeydir.

Keçmişdə idmandan gedən sürücünün qayıtdığını dəfələrlə gördük. Məsələn, atam… Əminəm ki, Sebastyan da evdə darıxanda idmana qayıdacaq. Bəlkə komanda yoldaşı olarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*