Ferrari yeni maşını onlayn rejimdə təqdim edəcək

Ferrari hələ dekabr ayında bu mövsüm yarışacağı maşını fevralın 15-də tanıdacağını açıqlamışdı.

F-1.az bildirir ki, bu gün komandanın mətbuat xidməti təqdimata 10 gün qaldığını bildirib və tədbir barədə məlumat verib.

Adı hələ açıqlanmayan maşının təqdimat mərasimi fevralın 15-də Bakı vaxtı ilə 13:15-də baş tutacaq. Təqdimatı komandanın saytından və sosial şəbəkələrdəki rəsmi hesablarından canlı izləmək mümkün olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*