S.Fettel: “Hülkenberqin getməsi məyusedicidir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Niko Hülkenberqin Formula1-də komanda tapa bilməməsi normal hal deyil.

F-1.az xatırladır ki, Renault komandası 2020-ci il üçün Esteban Okonu transfer etdiyi üçün Niko Hülkenberqlə yollarını ayırmalı olub. Almaniyalı sürücü Haas komandasının təklifini rədd etmiş və daha sonra özünə başqa komanda tapa bilməmişdi.

Sebastyan Fettel
: “Qəribədir. Çünki Nikonu uzun illərdir ki, tanıyıram. Uşaqlıqdan bəri bir yerdə yarışırıq. Hülkenberq kimi sürücünün komanda tapa bilməməsi pis olacaq. Bu o deməkdir ki, Formula1-də bəzi şeylər düzgün işləmir. Ümid edirəm ki, tezliklə geri qayıdar. Burada yarışmaq üçün lazımi potensialı var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*