Fettel Strollu əvəz edəcək?

Sebastyan bugünlərdə qolundan zədələnən Ləns Strollun Bəhreyn Qran Prisində iştirak edə bilməyəcəyi təqdirdə, Aston Martin komandasına onu əvəzləyə biləcəyini deyib.

F-1.az xəbər verir ki, Bu barədə britaniyalı şərhçi Devid Kroft məlumat verib.

Xatırladaq ki, Ləns Stroll qış testlərinə bir neçə gün qalmış İspaniyada velosipedlə qəza edərək qolundan ciddi zədə alıb və testləri buraxıb. Onun Bəhreyndəki ilk yarışa çıxacağı da sual altındadır.

Sebastyan Fettel keçən ilin sonunda karyerasını başa vurub.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*