S.Fettel: “Belə kiçik fərqlə uduzmaq üzücüdür…”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel fərqin az olmasına təəccüblənib.

F-1.a xatırladır ki, almaniyalı sürücü Ostində sıralanma turunda rəqibi Həmiltondan cəmi 0.061 saniyə geridə qalaraq ikinci olub.

Sebastyan Fettel: “Çox yaxın idik. Son yarışlara baxanda bu qədər yaxın olduğumuz üçün sevincliyəm. Bu qədər kiçik fərqlə poulu əldən vermək üzücüdür. Məncə, bu fərqi bağlamaq mümkün idi. Atdığım dövrələrdən razıyam. Hər şeyi bir araya gətirmək çətin idi. Yağışın yağmaması da bizim üçün yaxşı idi. Yağış yağmasa, sürətliyik. Çünki quruda daha yaxşı görünürük”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*