13 Dekabr 2019, Cümə - 09:53

S.Fettel nəticəsini ciddiyə almır

S.Fettel nəticəsini ciddiyə almır

Müəllif: Rauf Hacıyev, redaktor

13:27 - 10 Mart, 2017

Sebastyan Fettel Barselona testlərinin 7-ci günündə göstərdiyi ən sürətli zaman nəticəsini ciddiyə almır.

F-1.az xatırladır ki, Fettel 1:19.024 zaman nəticəsi göstərərək, builki bütün testlərin rekorduna imza atıb.

Sebastyan Fettel: “Səhər nələri sınadığımızı gördünüz, amma bu həftənin ən sürətli dövrəsini atdıq. Boliddə özümü yaxşı hiss edirəm, amma hələ ilk günlərdəyik. Qış testlərində tək dövrəyə baxmaq mənasızdır. Başqa şeylərə baxmalıyıq və buna görə də Ferrari-nin görəcəyi işlər var.

Mercedes-in atdığı dövrələrə baxın. Onlar həmişə testlərdə yavaş, yarışlarda sürətli olurlar. Çox sürətlidirlər. Yarış tempindəki dövrələrinə görə hələ də öndədirlər. Hazırda neçənci yerdə olmağımız vacib deyil. İnkişaf edirik və buna görə də motivasiyamız itməməlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 818
Teqlər , ,
Paylaş

logo