S.Fettel: “Bərabər statusda olacağıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yeni mövsümdə komanda yoldaşı Leklerlə bərabər statusda olacaqlar.

F-1.az xatırladır ki, komandanın rəhbəri Mattia Binotto üstünlüyü Fettelə verəcəklərini demişdi.

Sebastyan Fettel: “Müəyyən şeylər haqqında təfərrüatı ilə danışmaq mənasızdır. Məncə, hər şey ortadadır. Mattia bərabər statusda yarışacağımızı açıq formada dedi. Şarl da komandaya kömək etmək üçün maksimum gücünü göstərəcək. Mənim üçün də vəziyyət eynidir. Nəticədə Ferrari üçün yarışırıq və neçə ildir komandanı zirvəyə qaytarmaq istəyirik. Əsas budur. Bizi uzun mövsüm gözləyir və qəti formada danışmağın mənası yoxdur. Bazada bizə bərabər statusda yarışacağımızı dedilər. Mən də bunu sevirəm. Belə olan halda, hər şey daha ədalətli olacaq. Əgər bir sürücünün çempionluq şansı qalmırsa, onda digərinə fokuslanmaq olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*