T.Kukerella: “Ferrari çox pul xərcləyib”

Ferrari-in sabiq mühəndisi Toni Kukerella bildirib ki, Ferrari rəqibləri ilə fərqi bağlamaq üçün çoxlu pullar xərcləyib.

F-1.az xatırladır ki, Toni əvvəllər Ferrari komandasında işləyib və hazırda ispan kanallarındam birində şərhçilik edir.

Toni Kukerella: “Çox inkişaf ediblər. Təbii ki, bu inkişafın Mercedes-lə mübarizəyə nə qədər kömək edəcəyini bilmirik. Amma keçən ilə nisbətən yaxın olacaqlar və həyəcanlı yarışlar izləyəcəyik. Bu inkişaf təkcə mühəndis ağlı ilə olmayıb. Ferrari çoxlu pul xərcləyib və ümid edirəm ki, qarşılığını alarlar. Qış testləri bitən kimi Ferrari ən sürətlidir deyə bilmərik. Amma nəticə nə olursa-olsun, bu il Ferrari ciddi rəqibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*