L.Həmilton aradakı fərqə inanmır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton poul aldığı dövrənin həzz verdiyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü ən yaxın rəqibi Rəykköneni 0.65 saniyə qabaqlayaraq, poul qazanıb. Trasın dövrəvi rekordunu qıran britaniyalı sürücü Albert Parkda ardıcıl 5-ci poulunu qazanıb.

Lyuis Həmilton: “Bu nəticə normal deyil. Hələ çox həyəcanlıyıq. Buradak fanlar inanılmaz idi. Hamısına təşəkkür edirəm. Bizə həmişə dəstək oldular. Dövrəmə görə isə xoşbəxtəm. Ferrari-lər sürətli olsalar da, hər şeyi bir araya gətirib, birinci oldum. Sabah üçün işimiz çətindir. Yarış tempində onlar daha güclüdürlər. Buna görə də sıralanma turu nəticəsinə aldanmaq olmaz. Sabah işimizi yaxşı görüb qalib gəlmək istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*