C.Batton mövsümün sonuna qədər Ferrari-yə çatacaqlarına inanır

McLaren Honda-nın britaniyalı sürücüsü növbəti yarışlara gətiriləcək yeniliklərlə mövsümün sonlarında Ferrari ilə mübarizə aparacaqlarına ümid edir.

F-1.az xatırladır ki, olduqca ağır keçən 2015-ci ilin ardından bu ilə nisbətən yaxşı başlayan və bir çox yarışda xal qazana bilən McLaren mövsümün geridə qalan hissəsində etibarlılıq cəhətdən də yaxşı təsir bağışlayıb.

Sky Sports-a danışan Censon Batton mövsüm başa çatmamış Ferrari-yə çatmağın möhtəşəm olacağını bildirib: “Bu idmanda mütləq bir məqsədiniz olmalıdır. Keçən il çətin vəziyyətdə idik. Motor tez-tez sıradan çıxırdı, kifayət qədər sürətimiz yox idi. Son 12 ay ərzində böyük inkişaf yolu keçmişik. Gələcəyə baxası olsaq, bir neçə ay sonra güclü komandalarla mübarizə aparmalıyıq. Ferrari də onlardan biridir. Əgər onlarla mübarizə apara bilsək, əla olar. Motorda yenilənmələr edilir, yanacaqda dəyişikliklər aparılır və bütün bunlara görə dayanmadan inkişaf edirik. Həmişə daha artığını etmək istəyirik. Komandadakı hər kəs bu yenilənmələr üçün çalışır.

Malayziyada böyük yenilənmə paketi olacaq və bu da sürətimizə öz təsirini göstərəcək. Aerodinamika sahəsində yenilənmələrə ehtiyacımız var. Qırmızılarla mübarizə apara bilərik…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*