17 Dekabr 2018, Bazar ertəsi - 07:14

Ferrari-nin problemi – injektor yoxsa klapan?

Ferrari-nin problemi – injektor yoxsa klapan?

Müəllif: Rauf Hacıyev, redaktor

20:01 - 06 Aprel, 2016

Sebastyan Fettelin Bəhreyndə yarışı dayandırmağının səbəbi məlum olub, amma belə görünür ki, vəziyyət qarışıqdır və problemin ucu motor xəritələrinə çıxır.

F-1.az xatırladır ki, Sebastyan Fettel sıralanma turunda 3-cü yeri tutsa da, isinmə dövrəsində radio vasitəsilə komandasına – “uşaqlar, deyəsən, mühərrikdə problem var” – dedikdən sonra onun maşınından sıx tüstü çıxmağa başlayıb. Almaniyalı sürücü bundan sonra bolidi saxlayıb və yarışı dayandırıb.

Əvvəlcə problemin injektorların püskürməsindən əmələ gəldiyi deyilirdi, amma Maranelloda aparılan araşdırmalardan sonra məlum olub ki, problem fərqlidir.

Fettel yarışı qazburaxma sistemindəki klapan probleminə görə dayandırıb. Amma Ferrari texnikləri bunu qəbul etmir.

Onlar inanır ki, problem mühərrik parametrləri ilə bağlıdır və elektronik idarə qurğusu aşağı sürət zamanı bir neçə şərtdən asılı olaraq klapanları normal işləmə diapazonundan çıxarıb. Bu da mühərrikdə problemə səbəb olub.

Ferrari inanır ki, bu problemin daha əvvəl üzə çıxmama səbəbi elektronik problemdir. Əgər komanda bu mövzu ilə bağlı bir ipucu tapsa, Çindəki yarışdan əvvəl mühərriyi dəyişdirəcəklər.

Əgər Çin yarışında mühərrik dəyişilsə, almaniyalı sürücü heç bir cəza almayacaq. Qaydalara görə, sürücülər mövsüm ərzində beş mühərrikdən istifadə edə bilərlər və bu limiti aşsalar, onda onlara cəza verilir.

Qeyd edək ki, Ferrari-nin digər sürücüsü Kimi Rəykkönen Avstraliya QP-də turbin probleminə görə yarışı dayandırmışdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 023
Teqlər ,
Paylaş

logo