20 Sentyabr 2019, Cümə - 01:38

S.Fettel nəticədən narazıdır

S.Fettel nəticədən narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

13:06 - 25 Mart, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel ona ikinci yeri qazandıran dövrəsindən razı qalmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü poul qazanan Həmiltondan 0.3 saniyə geridə qalıb. Amma 29 yaşlı sürücü Mercedes-in digər sürücüsü Bottası 0.025 saniyə, komanda yoldaşı Rəykköneni isə 0.6 saniyə qabaqlaya bilib.

Sebastyan Fettel: “Atdığım dövrədən razı deyiləm. Yenə də sevinirəm, çünki çox vaxt itirdim. Amma inanmıram ki, poulu buna görə itirdim. Məncə, bolidimiz güclüdür. İşlər qaydasındadır. Testlərdən sonra özümüzü xoşbəxt hiss etsək də, dünən qarışıq keçmişdi. Məncə, yarışda daha yaxşı nəticə qazana bilərik. Tempimiz dünənə nisbətən daha yaxşı olacaq. Bizim üçün çətin qış oldu. Son 12 ayda komanda olaraq çox problemi həll etdik və bu, bizi gücləndirdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 190
Teqlər , , ,
Paylaş

logo