F-1.az xəbər verir ki, almaniyalı sürücü ispaniyalı həmkarının uğurunu şərh edib…
Sebastyan Fettel: “Fernandoya görə çox şadam. Uzun illərdir ki, rəqabətədavamlı maşını yox idi, amma indi ikinci baharı və ya ikinci bal ayı kimi bir şey yaşayır.
Mənim Formula1-ə qayıdışıma gəlincə, məncə, gələn il nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Formula1-dən ayrıldığım üçün peşman deyiləm. Qərarımdan razıyam və bu, hər şeydən vacibdir.
Son bir neçə il ərzində komandanı yaxşı tanıdım, ona görə də indi şadam ki, hər şey onlar üçün işləyir. 2023-cü il mövsümü keçən ildən daha yaxşı olmalı idi, çünki 2022-ci ildə hər şey kifayət qədər pis idi. Beləliklə, onların irəliləyişi gözlənilən idi.
İndi nə baş verdiyinin əhəmiyyəti yoxdur. Bu mövsüm hər şeyin necə olacağından asılı olmayaraq hər şeyi düşünüb qərar verdim”.