C.Batton Əbu Dabidə emosional yarış gözləyir

Censon Batton Əbu Dabidə Formula1-də son yarışına çıxacaq və britaniyalı sürücü emosional vida gözlədiyini deyib.

F-1.az xatırladır ki, Batton komandası ilə bağladığı müqaviləyə əsasən Formula1-ə birillik fasilə verəcək və onu Stoffel Vandorn əvəz edəcək.

Batton bildirib ki, son yarışdan əvvəl həyəcanlıdır: “Bu həftəsonunu səbrsizliklə gözləyirəm. Böyük ehtimalla karyeramdakı ən emosional yarışlardan biri olacaq. Karyeramda yeni səhifə açacağım üçün də həyəcanlıyam. Ailəm və dostlarımla vaxt keçirmək mənə yaxşı təsir edəcək.

Əminəm ki, emosional anlar yaşayacam. Məni dəstəkləyənlərə və yardım edənlərə təşəkkür edirəm. Ümid edirəm ki, hamını sevindirə bilmişəm.

Karyeramı tam olaraq bitirmirəm. Fasilə verməmişdən əvvəl son yarışıma McLaren Honda ilə çıxacağım üçün sevincliyəm. Ümid edirəm ki, yarışdan yaxşı nəticə alaram. Gələn ili səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*