S.Vandorn: “Komandamla fəxr edirəm”

McLaren komandasının sürücüsü Stoffel Vandorn pis başlayan testlərdən sonra itirilən vaxtı kompensə etməyə çalışan komandasından razıdır.

F-1.az xatırladır ki, Stoffel Vandorn testlərin 4-cü günündə 67 dövrə vuraraq 7-ci yeri tutmuşdu. Belçikalı sürücü bildirib ki, bu dövrələr komandası üçün qiymətsizdir: “Fernando Alonsonun və mənim problem yaşamadan günü keçirdiyimiz üçün sevincliyəm. Bu bizim üçün çox vacib idi, çünki planlaşdırdığımız dövrələri tamamladıq. Fərqli şeylər sınadıq. Fərqli sazlanmalar üzərində işlədik. Bolidin xarakterini daha bir az öyrəndik. Bu, mənim üçün çox yaxşı oldu.

Yağış testlərinin olması yeni təkərləri yoxlamaq üçün əla fürsət oldu. Yaş trasda belə özümü yaxşı hiss edirəm. Bolidin fərqli şəraitdə özünü necə apardığını görmək mənim üçün əla oldu.

Həftəyə pis başlasaq da, dörd gün ərzində çoxlu işlədik və inkişaf etdik. Ümid edirəm ki, bu inkişaf gələn həftə də davam edər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*