Niko Hülkenberq: Komanda bu nəticəyə layiq idi

Niko Hülkenberq Sinqapurda səkkizinci yeri tutub və bunun sayəsində Audi Mühəndislər Kubokuda yeddinci yer uğrunda mübarizədə Haas-dan geri qalmasını dörd xal azaldıb - mövsümün sonuna altı mərhələ qalmış komandaları indi yeddi xal ayırır.

Niko Hülkenberq: “Həftəsonunu əla nəticə ilə başa vurduq. Düşünürəm ki, mövcud imkanlardan maksimumu sıxıb çıxarmışıq. İnamlı start və ilk dövrə bizə yarışda mübarizə aparmağa imkan verib. Sonrası isə hər şey təkərləri qorumaq və diqqəti saxlamaq bacarığından asılı olub, xüsusən də son dövrələrdə, Corc Rassell ciddi təzyiq göstərdiyi vaxtlarda. Asan olmayıb, amma mövqeyimi qoruyub saxlamışam və vacib xallar qazanmışam.

Sprintin və əsas yarışın yekununa görə qazandığımız altı xal bütün komandanın gərgin əməyinə əla mükafat olub.

Orta qrupda mübarizə əvvəlkitək inanılmaz dərəcədə sıx olaraq qalır, buna görə də hər həftəsonuna təmiz vərəqdən başlamaq və nəticə qazanmaq lazım gəlir. Amma biz üçlü seriyanı əla başa vurmuşuq və trasda, eləcə də bazada çalışan hər kəsi sevindirmişik. Uğuru qeyd edəcəyik, dincələcəyik və Ostinə hazır olacağıq”.