N.Hülkenberq Fetteli müdafiə edib

Force İndia komandasının sürücüsü Niko Hülkenberq Meksika yarışından sonra sərt tənqidlərə məruz qalan Sebastyan Fetteli müdafiə edib.

F-1.az xatırladır ki, Sebastyan yarış vaxtı Çarli Uaytinqi təhqir etmişdi. Bundan sonra Ferstappen, Rikkardo, Helmut Marko, Kristian Horner almaniyalı sürücünü tənqid etmişdilər.

Amma Hülkenberq həmyerlisinə dəstək olub: “Bu həmişə belə olub. Hamı Sebastyana qarşı gedir. Əminəm ki, Çarli də onun hərəkətlərindən narazıdır. Belə olan halda, “axmaq” deyib keçirik. Amma Sebastyan bezib. Belə hallar rəqiblərlə mübarizə vaxtı olur. Bunu heç kim səhv başa düşməsin. Amma həmişə limitdə olmalıyıq. Haqsızlıqlar müəyyən yerə qədər qəbul olunur.

Bəzən işlər qaydasında getməyəndə belə reaksiyaların olması labüddür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*