Hülkenberq Aston Martin-ə gəlir?

Aston Martin komandasının rəhbəri Ottmar Safnauer 2021-ci ildə Niko Hülkenberqi ehtiyat sürücü kimi gətirmək istəyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il Peres və Strollun koronavirusa yoluxması səbəbindən Racing Point-lə 3 yarışa çıxmış və qənaətbəxş nəticələr əldə etmişdi.

Otmar Safnauer: “Üçüncü sürücümüz olsa, sevinərik. Hələ qəti bir qərar olmasa da, vəziyyəti dəyərləndiririk. Nikoyla əlaqədəyik. Məncə, bu, hamımız üçün yaxşı olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*