Aston Martin yeniliklərdən 0.5 saniyə sürətlənmə gözləyir

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, Silverstouna aparacaqları yeniliklərlə 0.3-0.5 saniyə sürətlənə bilərlər.

F-1.az xatırladır ki, Aston Martin bu il ilk böyük yenilik paketini İspaniya Qran Prisinə gətirmiş və bolidin konseptini dəyişdirmişdi. İndi komanda növbəti addımı atmağa hazırlaşır və Britaniyaya da çoxlu yeniliklər gətirir.

Mayk Krek: “Bolidimiz Barselonada yetərincə sürətli deyildi. O vaxtdan sonra yeniliklər gətirməsək də, bundan əvvəlki üç yarışda sürətli göründük, çünki bu traslar bizim güclü görünməyimizə kömək edirdi. Son üç yarış Barselona kimi traslarda olsaydı, geridə qalardıq. Bolidi belə traslara uyğun təkmilləşdirməliyik. buna görə də yenilikləri Silverstouna gətiririk. Rəqabətədavamlı olmaq üçün yeniliklər lazımdır. Böyük ehtimalla rəqiblərimiz də sonrakı yarışlara yeniliklər gətirəcəklər.

hədəfimiz 0.3-0.5 saniyə sürətlənməkdir. Bununla da biz Alpine-i qabaqlaya və orta qrupun lideri ola bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*