F.Alonso: Yarışda tək qaldım

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, yarışboyu yalnız qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Mayami yarışı ərzində yaxşı performasn göstərib və yalnız yarışın qlaibi Maks Ferstappenə keçilib. Beləliklə, ikiqqat Dünya Çempionu biryarışlıq fasilədən sonra yenidən podiuma qayıdıb və çempionatdakı üçüncü yerini möhkəmlədib.

Fernando Alonso: “Bolid çox güclüdür. Sözün açığı, yarışı çox yalnız keçirdim. Red Bull-a qarşı heç nə edə bilmədik. Daha güclü rəqiblər gözləsək də, Ferrari gözlədiyimizdən də pis idi. Yarış başlayanda narahat olsaq da, hər şey qaydasında idi. Önümüzdə İmola, Monako və Barselona yarışları var. Ümid edirəm ki, tempimizi qoruya bilərik.

Əslində düşünəndə növbəti dəfə podiuma yüksəlmək inanılmazdır, ancaq dörd podiumdan sonra daha yaxşısını istəyirsiniz. Ən azından ikinci yeri… Red Bull etibarlıdır və çox sürətlidir, ancaq Monako və Barselonada şansımız ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*