Rəsmən: Hulkenberq Peresi əvəz edəcək

Racing Point komandası Silverstoun Qran Prisində Serxio Peresin əvəzinə sabiq sürücüsü Niko Hülkenberqi yarışdıracaq.

F-1.az xatırladır ki, Peres koronavirusa yoluxduğuna görə növbəti 2 yarışı buraxmalı olacaq. Komanda bu gün verdiyi açıqlamada bildirib ki, meksikalı sürücünü Niko Hülkenberq əvəz edəcək.

Niko Hülkenberq: “Otmar mənə zəng edəndə başka yarış layihəsi üçün Almaniyaya gedirdim. Bu proses 24 saatdan az vaxtda baş verdi və hələ də inana bilmirəm.

Racing Point və Serxio üçün çətin vəziyyətdir. O, mənim dostumdur, sabiq komanda yoldaşımdır. Ümid edirəm ki, tez sağalar. Sükan arxasına keçərək əlimdən gələni edəcəm”.

Otmar Szafnauer: “Serxionun yerini qısa müddətdə doldurmaq asan olmadı, ancaq Niko komandamız üçün əla jokerdir. O, hazır olmadan çətin işə girişdi. Ümid edirəm ki, tez sürətlənər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*