20 Avqust 2019, Çərşənbə axşamı - 02:51

F.Alonso Mercedes AMG-yə keçməyə əsas namizəddir?

F.Alonso Mercedes AMG-yə keçməyə əsas namizəddir?

Müəllif: Elçin Zodorov, redaktor

14:16 - 04 Dekabr, 2016

Niko Rosberqin karyerasını bitirməsi barədə qəbul etdiyi gözlənilməz qərar komandanı da çətin vəziyyətdə qoyub. Mercedes AMG tezliklə onu əvəz edəcək sürücü tapmalıdır. Peletondakı sürücülərin demək olar ki, hamısının gələn il üçün müqavilələri var…

F-1.az xəbər verir ki, Almaniyanın Bild am Sonntag nəşri öz mənbələrinə istinadən Fernando Alonsonun Mercedes AMG-yə keçmək şansının heç də az olmadığını bildirib. İspan sürücü McLaren Honda-nın çıxışından, inkişaf tempindən narazıdır və onun müqaviləsində xüsusi hallarda müqavilə şərtlərini pozmağa imkan verən bənd ola bilər.

Dərhal Fernando Alonso ilə Lyuis Həmiltonun münasibətlərində problemlər yaşandığı yada düşür. 2007-ci ildə məhz bu iki sürücünün həm trasda, həm də trasdan kənardakı mübarizələri və münasibətləri yekunda Kimi Rəykkönenin titulu qazanmasına təsir edən amillərdən biri olmuşdu. Məsələ ilə bağlı Mercedes Motorsports-un rəhbəri Toto Vollfa müraciət olunub.

Toto Vollf: “Əlbəttə, Alonso adlı-sanlı sürücüdür. Lakin hər şey McLaren, həmçinin, bizim mövqeyimizdən asılıdır. Lakin tərəflər arasındakı münasibətlər heç də yaxşı formada başa çatmamışdı. Lakin biz gələn il də Mühəndislər Kubokunda qalib gəlmək istəyirik, buna görə də, heç bir ehtimalı istisna etmirəm. Bizim sürücülərimizdən tələbimiz belədir: Sürətli, səhvsiz və komanda oyunçusu olmaq. Buna görə də, belə bir sürücüyə ehtiyacımız var. Onların birlikdə işləməsi ən çox komandaya xeyir verir və bizə sürətli maşın hazırlamaqda kömək edir. Bunun üçün professional sürücüyə ehtiyacımız var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 775
Teqlər , , , , ,
Paylaş

logo