J.Alezi: Ferrari-nin bir rəqibi yoxdur

Sabiq Formula1 sürücüsü Jan Alezi bildirib ki, Mercedes 2023-cü ildə güclü olacaq.

F-1.az xatırladır ki, Mercedes keçən il uğursuz mövsüm keçirmiş və uzun müddət Ferrari və Red Bull-a böyük fərqlə uduzmuşdu. Lakin daha sonradan özünə gələn “gümüşü oxlar” mövsümün sondan ikinci yarışı Braziliyada qələbə dublu etmişdi.

Jan Alezi: “Məncə gələn il Ferrari-nin tək rəqibi Red Bull olmayacaq. Mercedes də mübarizə aparacaq. Komanda keçən il mövsüm ərzində gücləndi və Corc Braziliyada qalib gəldi. Bolidi yığarkən ardıcıl ikinci mövsüm səhv edəcəklərinə inanmıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*