C.Rassell: Qələbə qazana bilərik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, bazar günü qələbə uğrunda mübarizə apara bilərlər.

F-1.az xatırladır ki, keçən həftə Braziliyada karyerasının ilk qələbəsini qazanan 24 yaşlı pilot Əbu Dabidəki həftəsonuna da yaxşı başlayıb. O cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb.

Corc Rassell: “Yas Marinada bolidin içi isti olur. Fiziki cəhətdən tələbkar tras olmasa da, çətinlik çəkirik və ürək döyüntülərimiz artır. Bolidin içi son yarışlara nisbətən 5-6 dərəcə isti idi.

Yaxşı gün idi. Çox şey öyrəndik. Yeni detalları test etdik. Xüsusən də mənim tərəfimdə 2023-cü il üçün testlər apardıq. Bu bizim test etmək üçün son şansımız idi.

İkinci sərbəst yürüşlərdə temperatur düşdü. Tras sürətləndi. Red Bull bizdən güclüdür, ancaq Ferrari-yə nisbətən yaxşıyıq.

Yarışda bir ya da iki pit-stop ola bilər. İki strategiya da bir-birinə yaxındır və buna azarkeşlər sevinəcəklər. Fərqli strategiyalar yarışa rəng qatacaq.

Vahid dövrə çətindir, çünki son sektorda dar döngələr var. İlk iki sektorda təkərləri qorumalı və onları son sektora saxlamalıyıq. Çətindir. Yarışda isə Red Bull üstündür. Trasın quruluşu onlar üçün daha əlverişlidir.

Məncə, qələbə üçün mübarizə apara biləcəyik. Yarışa üçlükdə başlaya bilsək, şansımız olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*